Madlen Olbrayt: “Tramp Putin üçün bir hədiyyədir”
8 Oktyabr 2018 17:07 DünyaABŞ-ın sabiq XİN rəhbəri Madlan Olbrayt prezident Donald Trampın NATO və Avropa ölkələrinə aid açıqlamalarını tənqid edib.
Olbrayt Trampın bu məsələdə Rusiya prezidenti Vladimir Putin üçün bir hədiyyə olduğunu qeyd edib.
CNN kanalında Fərid Zəkəriyanın suallarını cavablandıran Malden Olbrayt Tramp haqqında deyib: "Rusiya prezidenti Vladimir Putinlə arasında bir oxşarlıq olduğunu düşünürəm".
Olbrayt bildirib ki, Rusiya ABŞ demokratiyasının altını qazır və Vaşinqtonun müttəfiqləri ilə münasibətlərini pozmağa çalışır.
Qeyd edək ki, Madlen Olbrayt Bill Klintonun prezidentliyi dövründə ABŞ-ın XİN rəhbəri olub. O, ABŞ-da qərar mexanizmlərinin işləmədiyini bildirib. Putinə xoş münasibətinə görə ABŞ-da tənqid edilən Tramp Avropa ölkələrini NATO çərçivəsində öhdəliklərini yerinə yetirmədikləri üçün tənqid etmişdi.
Ölkə.Az