Qafqazdakı aksiyalara Kremldən reaksiya
8 Oktyabr 2018 16:51 DünyaKreml İnquşetiyadakı situasiyanı diqqətlə izləyir və respublika rəhbərliyindən informasiya alır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Sözsüz ki, prosesləri diqqətlə izləyirik. Biz respublika rəhbərliyindən məlumat alırıq. İndiki halda hələlik iş respublika rəhbərliyi xətti ilə aparılır. Regionda situasiyanın qanun çərçivəsində qalması Kreml üçün vacibdir", - deyə o bildirib.
Qeyd edək ki, İnquşetiya ilə Çeçenistan arasında ərazi mübadiləsi haqqında müqavilə imzalanıb. Bundan sonra İnquşetiyada hökumət əleyhinə genişmiqyaslı aksiyalar başlayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31