Rusiya və Türkiyə İdlibdə bu sərhədləri müəyyən etdi
8 Oktyabr 2018 16:48 Dünyaİdlibdə silahsızlaşdırılmış bölgənin sərhədləri müəyyən edildi.
Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin danışıb.
"Türkiyə ilə Rusiya arasında çox yaxşı əməkdaşlıq, qarşılıqlı münasibətlər və sağlam əlaqə təmin edilib. İki ordunun nümayəndələri İdliblə bağlı razılaşmadan sonra bir neçə dəfə görüşüb müzakirə aparıb", - Verşinin bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya lideri Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə silahsız bir bölgə yaratmaq üçün Soçidə razılığa gəlmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31