Ukraynalı politoloq motosiklet qəzasında ölüb
8 Oktyabr 2018 15:55 DünyaUkraynalı politoloq Dmitri Kosenko sevgilisi ilə qəzada ölüb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Kosenkonun politoloq dostu Kirill Molçanov öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, Dmitri öz motosikleti ilə Kiyev-Odessa yolunda qəzaya düşüb. Nəticədə Kosenko ölüb, onunla birgə olan sevgilisi isə ağır yaralanıb. Məlumata görə motosiklet yüksək sürətlə hərəkət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31