Beynəlxalq Ədalət Məhkəməsində İranın ABŞ-a qarşı iddiasının dinləmələri başlayıb

İranın Beynəlxalq Ədalət Məhkəməsində ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxması və tətbiq etdiyi sanksiyalarla əlaqədar qaldırdığı iddia üzrə ilkin dinləmələr başlayıb.

Bu həftə hakimlər tərəflərin şikayətlərini dinləyəcəklər.

Xatırladaq ki, ötən həftə Beynəlxalq Ədalət Məhkəməsi İranın ABŞ-a qarşı iddiası üzrə ilkin qərarını verib. Bununla əlaqədar ABŞ İranla 1955-ci ildə imzalanmış dostluq müqaviləsinə xitam verib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31