Paşinyana daha bir zərbə - Baqdasaryan açıqladı
4 Oktyabr 2018 12:25 DünyaErmənistanın Respublikaçılar Partiyası növbədənkənar parlament seçkilərinin yazda keçirilməsinə hazırdır.
Bunu Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan jurnalistlərə açıqlamasında deyib.
Baqdasaryan vurğulayıb ki, dekabrda seçkilərin keçirilməsi ilə bağlı heç bir müzakirə aparılmayıb.
Qeyd edək ki, bu gün Respublikaçılar Partiyası bəyanat yayaraq, Paşinyanla növbədənkənar seçkilərin dekabrda keçirilməsi və baş nazir vəzifəsindən istefa verəcəyi halda başqa namizədin irəli sürülməyəcəyi barədə heç bir anlaşma olmadığını açıqlayıb.
Paşinyan isə ötən gün parlament önündəki aksiyada parlament fraksiyaları rəhbərləri ilə razılığa gəldiyini bildirmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31