"ABŞ-ın məqsədlərini bilirik" - Türkiyə
4 Oktyabr 2018 12:22 DünyaBeynəlxalq təhlükəsizliyimizi təmin etmək üçün Suriya ərazisində bütün terror təşkilatlarına qarşı hər an zəruri addımları ata bilərik.
Bu sözlər Türkiyə Prezidentinin müşaviri İbrahim Qalın keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Fərat çayının şərq sahillərində təhlükəsizliyin təmini barədə fikirləri gündəlikdə duran məsələdir.
O qeyd edib ki, məsələ yalnız PYD/YPG terror təşkilatlarının Fəratın şərqində çəkilməsi ilə bitmir. Bölgənin sonrakı taleyi bizi ciddi düşündürən məsələdir. Biz ABŞ rəhbərliyindən PYD/YPG terror təşkilatlarına verdiyi dəstəyi dayandırmasını gözləyirik. Yalnız İŞİD-lə mübarizəyə bir bəhanə qalmayıb. ABŞ-ın Suriyada qalmaq niyyətində olduğunu və məqsədlərini bilirik. Əgər doğrudan da məqsəd terrorla mübarizədirsə, həmçinin İŞİD-in tam şəkildə kökünü kəsməkdirsə, o zaman bu fəaliyyəti genişləndirmək lazımdır.
Prezidentin müşaviri, həmçinin Türkiyənin xarici və daxili siyasəti ilə bağlı gündəlikdə olan məsələlərə, eləcə də regional proseslərlə bağlı digər məqamlara münasibət bildirib, jurnalistlərin suallarını cavablandırıb.
axar.az