“Tanrı hissəciyi”nin yaradıcısı öldü
4 Oktyabr 2018 11:55 DünyaAmerikalı məşhur fizik Leon Lederman vəfat edib.
Lederman 96 yaşında Reksberq şəhərində vəfat edib.
Qeyd edək ki, Lederman Nyu Yorkda SSRİ-dən olan yəhudi miqrantların ailəsində anadan olub. Lederman 1988-ci ildə Nobel mükafatını alıb. Ona bu mükafat neytron hissəciklərinin növlərindən birinin açılışına görə verilib.
Lederman dünyada Hiqqs bozonu (başqa hissəciklərə kütlə verən hissəcik - red.) haqqında yazdığı "Tanrının hissəciyi" adlı kitabı ilə məşhurlaşıb. Bu kitab sayəsində bundan sonra Hiqqs bozonu dünyada "Tanrı hissəciyi" olaraq adlanmağa başlayıb.
kult.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31