Şoyqu rəsm çəkib, Lavrova verirmiş... - Etiraf
4 Oktyabr 2018 11:52 DünyaRusiya Müdafiə naziri Sergey Şoyqu asudə vaxtlarında rəsm çəkməyi sevdiyini bildirib.
Şoyqu bu barədə "Neizvestnaya Sibir" jurnalına müsahibəsində edib. O, çəkdiyi rəsmlərin bir qismini Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinaya bağışladığını deyib:
"Asudə vaxtım olanda çəkirəm. Bəzən hətta hökumətin iclasından əvvəl də çəkirəm. Sonra bunu köhnə dostum Sergey Lavrova və ya Elvira Nabiullinaya hədiyyə edirəm. Artıq əl işlərimdən ibarət xeyli kolleksiya toplanıb. Nabiullina hətta rəsmləri yığaraq albom halında dərc etdirib. Bunlardan birini doğum günümdə mənə hədiyyə edib, digərini isə özünə saxlayıb.
Amma mən rəsmlərimi böyük sənət əsəri saymıram".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31