"Ukrayna donanmasını bir saata məhv edərik" – General

Rusiya donanması texniki üstünlük və peşəkarlıq baxımından çox üstündür, buna görə də Ukrayna donanmasını və Azov dənizindəki hərbi dəniz bazasını qısa müddətdə məhv edə bilər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin keçmiş rəhbəri general Leonid İvaşov danışıb.

"Ukraynanın Azov dənizində hərbi dəniz bazası tikməyi planlaşdırması faktdır. ABŞ bu məsələdə Kiyevə kömək edir, regiona idarəetmə və rabitə vasitələri göndərir. Rus gəmiləri bir neçə saat ərzində Ukrayna gəmilərini və onların Azovdakı hərbi bazasını məhv edə bilər. Burada söhbət hərbi texnika sahəsindəki üstünlük və dənizçilərin peşəkarlıq səviyyəsindən gedir. Bundan əlavə bizim donanmamız Suriyada birbaşa döyüş təcrübəsinə malikdir", - general bildirib.

Qeyd edək ki, bir qədər əvvəl rəsmi Kiyev Azov dənizindəki hərbi varlığını genişləndirmək və burada hərbi dəniz bazası yaratmaq istəyini dilə gətirmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31