"Türkiyə ilə diplomatik deyil, dürüst olmaq gərək" – Belçika
25 Sentyabr 2018 14:52 DünyaAvropa Birliyi Türkiyə ilə strateji əməkdaşlığı genişləndirməlidir.
Bu sözləri BMT Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün yekunları barədə mətbuat nümayəndələrinin suallarını cavablandıran Belçikanın Baş naziri Şarl Mişel deyib.
Məlumata görə, Ərdoğan və Mişel bir saatdan artıq Türkiyənin regiondakı geosiyasi rolu, terrorla mübarizə, miqrasiya problemi və AB ilə münasibətlərlə bağlı danışıqlar aparıblar.
"Gözlədiyimdən daha aydın söhbət alındı. Bir sıra məsələlərin müzakirəsi və əməkdaşlığımız vacibdir. Türkiyə ilə çox diplomatik olmadan açıq və dürüst bir müzakirə aparmaq lazımdır", - baş nazir bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31