Nikolun qadağaları həyat yoldaşına keçərli deyil - Narazılıq
25 Sentyabr 2018 14:50 DünyaErmənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın davranışları onunla bağlı etirazların formalaşmasına səbəb olub.
"İrates" qəzeti xüsusilə Paşinyanın həyat yoldaşının xarici səfərlərə genişmiqyaslı mühafizəçi müşayiəti ilə getməsinin etirazlara səbəb olduğunu yazıb.
"Bu məsələ hətta Vətəndaş Müqaviləsi Partiyasının kulisində də müzakirəyə səbəb olub. Maraqlı məqam odur ki, bu hal Paşinyanın qürurla hər kəsin önündə Ermənistan polisi və Milli Təhlükəsizlik Xidmətindən oliqarxlar və onların mühafizəçilərini "asfalta yatırtmağı" tələb etdiyi zamanda baş verir", - məqalədə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31