Moskvadan şok etiraf: "yarıfeodal vəziyyətdəyik"
25 Sentyabr 2018 14:48 DünyaRusiya iqtisadiyyatı çox şeydə geri və yarıfeodal vəziyyətində qalır.
Bunu "Kommersant" qəzetinə açıqlamasında Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artyomov deyib. Onun sözlərinə görə, bu vəziyyət xüsusi olaraq regionlarda müşahidə edilir:
"Az inkişaf etmiş regionlarda xüsusilə rəqabət deyilən bir şey yoxdur. Biz Koreya və Yaponiya nümunəsini reallaşdırmalıyıq. Burada bazarın demonopoliyası iqtisadiyyatda böyük sıçrayışa gətirdi. İqtisadiyyatın milliləşməsi və dövlət monopolist kapitalizminin yaradılması bizim çoxdan mövcud olan xəstəliyimizdir. Sanksiyalar fonunda dövlət sektoru daha da güclənib. Biz bunu daha çox bank və ya sənaye sektorunda görürük. Sanksiyalar nə qədər çox təsir edirsə, milliləşmə də o qədər aktivəşir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31