Boltona cavab: "S-300-lər stabillik gətirəcək"

Rusiyanın Suriyaya S-300 verməsi eskalasiyaya yox, stabilləşməyə gətirib çıxaracaq.

Bu barədə bəyanatı Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltona cavab olaraq yayıb. Bəyanatda Rusiyanın öz tərəfdaşlarına hərbi-texniki dəstək göstərməsinin onun haqqı olduğu bildirilib.

Qeyd edək ki, Bolton bundan öncə Rusiyanın Suriyaya S-300 verməsinin Yaxın Şərqdə destabilizasiyaya səbəb olacağını söyləmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31