Mun Çje Trampa Kim Çenin məktubunu çatdırdı

BMT Baş Assambleyasında iştirak üçün ABŞ-a səfər edən Cənubi Koreya Prezidenti Mun Çje İn Nyu York şəhərində Donald Trampla görüşüb.

Görüş zamanı Cənubi Koreya lideri Mun Çje Donald Trampa Şimali Koreya lideri Kim Çen İnin göndərdiyi xüsusi məktubu təqdim edib.

Görüş sonrası açıqlamasında ABŞ Prezidenti Donald Tramp Kim Çenlə yaxın vaxtlarda görüşəcəyini qeyd edib.

"Prezident Kimlə uzaq olmayan bir gələcəkdə görüşəcəyəm. Yer və tarixin dəqiqləşdirilməsi üzərində işlər gedir. Bunları açıqlayacağıq", - Tramp bildirib.

Trampın bu sözləri tərəflər arasında ikinci zirvənin Sinqapurda deyil, başqa bir yerdə keçiriləcəyi ilə bağlı fikirlərin səsləndirilməsinə səbəb olub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31