Kiyevə şok: Rusiya yeni separatizm ocağı yaradır
25 Sentyabr 2018 14:44 DünyaOdessanın rəhbərliyi daxilində latent separatizm yayılır.
Bunu İCTV-yə müsahibəsində Ukrayna Daxili İşlər nazirinin müavini Zoryan Şkiryak deyib.
"Məncə, bu gün Odessanın rəhbərliyi arasında latent separatizm hökm sürür. Separatizmin bu növü son zamanlar bütün ölkə ərazisində yayılır, lakin Odessa burada xüsusi mövqe tutur", - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna hökuməti dəfələrlə Odessada Rusiyanın təsirinin güclü olmasıyla bağlı narahatlıq ifadə edib. Kiyev Moskvanın bu bölgədə özünün təsir agentlərinin sayını artırdığını və Odessada Donbas variantını hazırladığını bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31