Tailandda "denge qızdırması" xəbərdarlığı
25 Sentyabr 2018 14:41 DünyaTailandda musson mövsümü ilə əlaqədar qeydə alınan "denge qızdırması" epidemiyası bu il daha ciddi miqyas alıb.
2018-ci ildə artıq 70 nəfər bu xəstəliyin qurbanı olub.
Qeyd olunur ki, ilin əvvəlindən ölkədə 57 mindən çox şəxs "denge qızdırması"na yoluxub. Bu, 2017-ci ilin göstəricisindən 50 faiz çoxdur. Bu il qızdırmadan ölənlərin sayı isə 2017-ci ildən 30 faiz çoxdur.
"Denge qızdırması" durğun sularda çoxalan ağcaqanadlar vasitəsilə insanlar arasında yayılır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31