İtkin düşən milyarder və xanımının cəsədləri tapıldı
25 Sentyabr 2018 14:23 Dünyaİtkin düşən milyarder və xanımının cəsədləri tapılıb.
Onların cəsədləri ördək gölünün yaxınlığında, 2 metr dərinliyə basdırılıb.
Cütlüyün cəsədini xüsusi təlim görmüş itlər aşkarlayıblar. Cəsədlər autopsiya üçün hospitala göndərilib.
64 yaşlı biznesmen Alan Hoqq və 61 yaşlı taylandlı xanımı Nott 5 gündür ki, axtarışda idi.
Əslən Şotlandiyadan olan biznesmenin Taylanddakı evlərinin divarından qan ləkəsi tapılmışdı.
Cinayətlə bağlı araşdırmalar davam etdirilir.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31