Ermənistan hökumətinin binasının qarşısında sürücülər aksiya keçirir
25 Sentyabr 2018 14:12 DünyaErmənistan hökumətinin İrəvandakı binasının qarşısında bu gün səhərdən etiraz aksiyası keçirilir. İrəvandan Armavir şəhərinə işləyən mikroavtobus sürücüləri öz maşınlarını burada saxlayıb gediş-gəlişə əngəl törədirlər. Aksiya iştirakçıları sözügedən istiqamətdə işləyən və onlarla haqsız rəqabət aparan qanunsuz maşınları xətdən yığışdırmağı tələb edir, əks halda işə çıxmayacaqlarını bildirirlər.
Daşıyıcı şirkətin rəhbərləri Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində məsələni həll etmək üçün danışıqlar aparır.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31