İŞİD Türküstana gəlir: Uzunmüddətli savaşlar olacaq

Mərkəzi Asiyaya və MDB-yə terror təhdidləri uzunmüddətli xarakter daşıyır.

Bunu MDB xüsusi xidmət orqanları rəhbərlərinin görüşündə Qırğızıstan Baş nazirinin müavini Jeniş Razakov deyib.

"Təəssüf ki, bizim ölkəyə qarşı Əfqanıstandan gələn terror təhdidi güclənir. Xüsusi xidmət orqanlarımızın məlumatına görə, beynəlxalq terror təşkilatının üzvləri Mərkəzi Asiyaya yerləşirlər. Bütün bunlar terror təhdidini Mərkəzi Asiya və MDB üçün uzunmüddətli edir", - deyə o bildirib.

Görüşdə çıxış edən MDB Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov isə İŞİD-in Mərkəzi Asiyada xilafət yaratmaq istədiyini deyib. O, İŞİD-in bölgədəki "yatmış hücrələri" yenidən aktivləşdirməyə cəhd etdiyini bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31