“Şell”dən Kremlə: "ABŞ-la rəqabət istəyirsinizsə..."
25 Sentyabr 2018 12:30 DünyaRusiyanın istehsal etdiyi sıxılmış qaz dünyada ağır rəqabətlə üzləşəcək.
Bunu "Şell" şirkətinin Rusiyadakı Nümayəndəliyinin rəhbəri Sederik Kremers "Saxalinin neft və qazı - 2018" konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bun un üçün hökumət istehsalçılara əlverişli vergi rejimi yaratmalıdır:
"Energetika Nazirliyi gələn onillikdə sıxılmış qazın həcmini 70 milyon tona qədər artırmaq qərarı verib. Şübhəsiz ki, bazarda rəqabət çox sərt olacaq. Yalnız Şimali Amerika bu gün illik 60 milyon ton sıxılmış qaz istehsal edə bilir. Bunun üçün əlverişli vergi rejimi yaradılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31