ABŞ prezidenti Nyu-Yorkda fransalı həmkarı ilə görüşüb

Fransa prezidenti Emmanüel Makron BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. Fransa lideri artıq amerikalı həmkarı Donald Trampla da görüşməyə macal tapıb.

ABŞ prezidenti Donald Tramp "Twitter"də fransalı həmkarı ilə şəkil paylaşaraq bu barədə yazıb.

"Mənim üçün Fransa prezidentini bu gün axşam Birləşmiş Ştatlarda, burada, Nyu-Yorkda qarşılamaq böyük şərəfdir", - deyə o qeyd edib.

"Associated Press"in məlumatına görə, iki ölkə lideri görüş zamanı bir sıra məsələləri, o cümlədən ticarət, müdafiə və terrorçuluğa qarşı mübarizəni müzakirə ediblər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31