"İsrail aviasiyasının hərəkətləri mülki təyyarələri də təhdid edə bilərdi" - RF Müdafiə Nazirliyi

İsrail qırıcılarının Suriya sahillərindəki hərəkəti təkcə hərbi deyil, həm də mülki, eləcə də, sərnişin təyyarələrini təhdid edə bilərdi.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

"Bir daha qeyd edirəm ki, İsrail qırıcılarının sentyabrın 17-si axşam etdiyi təxribat xarakterli hərəkətləri Xmeymim aerodromunun təkcə hərbi deyil, mülki sərnişin təyyarələrinin enişə daxil olduğu trass ərazisində həyata keçirilib", - deyə o, Moskvada keçirilən brifinqdə bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "İl-20" təyyarəsini İsrail qırıcısını nişan alan Suriya raketi vurub. Moskva qəzaya görə bütün məsuliyyəti İsrail Hərbi Hava Qüvvələrinin üzərinə qoyub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31