Dövlət Departamentinin əməkdaşı Madaqaskarda ölü tapılıb
25 Sentyabr 2018 11:54 DünyaAmerikalı diplomat Madaqaskarın paytaxtı Antananarivudakı evində ölü tapılıb. Hadisənin detalları açıqlanmır, lakin ölkənin hüquq-mühafizə orqanları onun ölümündə şübhəli bilinən şəxsi tutublar.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin bazar günü yayılan bəyanatında deyilir.
"Biz çox böyük təəssüf hissi ilə təsdiq edirik ki, ABŞ Dövlət Departamentinin əməkdaşı sentyabrın 21-nə keçən gecə öz evində ölü tapılıb", - deyə o bildirib.
Noyertin sözlərinə görə, ABŞ hökuməti hazırda yerli hüquq-mühafizə orqanları ilə birgə təhqiqat aparır və bir şübhəli şəxs saxlanılıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31