Ermənistan Polis Qoşunlarının keçmiş komandanı istintaqa çağırılıb
25 Sentyabr 2018 11:45 DünyaErmənistan Polis Qoşunlarının keçmiş komandanı general-leytenet Levon Yeranosyan Xüsusi İstintaq Xidmətinə çağırılıb.
Onun hansı iş üzrə istitaqa çağırıldığı məlum deyil.
Ancaq L.Yeranosyan Xüsusi İstintaq Xidmətində olub və orda bir neçə saat dindirilib.
Qeyd edək ki, onun adı bir sıra dinc aksiyaları zorakılıqla dağıtmaqda hallanır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31