Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib
25 Sentyabr 2018 11:42 DünyaErmənistanın sabiq prezidenti Robert Koçaryan ölkənin indiki baş naziri Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.
Bu barədə məhkəmə informasiya sisteminin rəsmi internet saytında məlumat verilib.
Məlumata görə, R.Koçaryan şərəf və ləyaqətini ictimai böhtanlardan qorumaq məqsədi ilə məhkəməyə baş vurub.
İşə Yerevan şəhər məhkəməsində baxılacaq. Məlumatda iddiaçının N.Paşinyanın hansı ifadələrini nəzərdə tutduğu qeyd olunmayıb.
Amma Ermənistan KİV-i iddianın əsasında N.Paşinyanın Fransaya səfəri zamanı R.Koçaryanla bağlı açıqlamalarının dayandığını yazıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31