Rusiya bu ölkələrdə də nüvə reaktoru qurur

Rusiyanın "Rosatom" Dövlət Korporasiyası Çin və Misirdəki atom elektrik stansiyaları (AES) üçün nüvə reaktoru quracaq.

Bu barədə "Rosatom"un baş icraçı direktoru Aleksey Lixaçov deyib.

O bildirib ki, "Rosatom" 2027-2028-ci illərdə Çindəki Xudabao AES-də üçüncü və dördüncü modulları istifadəyə verəcək. "Rosatom" AES-də iki "VVER-1200" tipli reaktor quracaq.

"Həmçinin, "Rosatom" 2020-ci ilin yayında Misirdəki Dabaa AES-də ilk modulun tikintisinə başlayacaq. Həmin AES-də 4 ədəd "VVER-1200" tipli reaktor qurulacaq. "Rosatom" 2026-cı ildə zavodun ilk fazasını istifadəyə verməyi planlaşdırır", - deyə o əlavə edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31