Norveçdə rus cəsusu tutuldu
24 Sentyabr 2018 20:52 DünyaOslo haval imanında cəsusluq ittihamı ilə Rusiya vətəndaşı saxlanılıb.
Həbs edilən şəxsin Norveçdə keçirilən beynəlxalq seminardan Moskvaya geri dönərkən saxlanıldığı bildirilir. Alınan xəbərə görə, həbs edilən Rusiya vətəndaşının 51 yaşı var. Həbs edilənin vəkili KİV-lərə verdiyi bəyanatda onun müvəkkili olduğu şəxsin hansı səbəbə görə həbs edildiyini bilmədiyni və olaya aydınlıq gətirmək üçün çalışdığını bildirib. Rusiyanın Oslo səfirliyinin rəsmilərinin ifadələrinə görə Rusiya vətəndaşı qəsidli şəkildə səbəbsiz yerə saxlanılıb.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31