İsveçdə Məsciddə bomba tapıldı

Ötən axşam İsveçin paytaxtı Stokholmdakı Mərkəzi Cümə Məscidində əl ilə hazırlanmış partlayıcı qurğu aşkarlanıb. Bomba divara yapıştırılmış şəkildə tapılıb. Məscidin camaatı dəfələrlə rəsmi İsveç dövlət dairələrindən məscidə nəzarət kamerası və mühafizə sisteminin yerləşdirilməsini tələb etsələr də onların müraciyyətinə məhəl edilmədiyini bildiriblər. Qeyd edək ki, bu Stokholm Cümə məscidinə son bir ildə üçüncü hücum cəhdidir.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31