Tailandda hərbi patrula hücum - 2 ölü, 4 yaralı

Tailandın cənubundakı Pattani əyalətində silahlı şəxslər hərbi patrula hücum edib.

Hadisə nəticəsində iki hərbçi həlak olub, dörd nəfər isə yaralanıb.

Qeyd olunur ki, hərbçilər bölgədə patrul xidməti həyata keçirərkən onlara pusqu qurulub.

Silahlıların hadisə nəticəsində itki verib-vermədiyi məlum deyil.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31