İraqda partlayış baş verib, ölən və yaralananlar var
12 Sentyabr 2018 15:47 Dünyaİraqın şimalında partlayıcı maddə ilə dolu avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 32 nəfər yaralanıb.
Hadisə avtomobil yolunun kənarında yerləşən restoranın yaxınlığında baş verib.
Həmin restoran güc strukturlarının və müxtəlif silahlı dəstə üzvlərinin istirahət məkanı kimi tanınır.
Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini öz üzərinə götürməyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31