Əl-Qaidə müsəlmanları müharibəyə səslədi
12 Sentyabr 2018 14:49 DünyaƏl Qaidə terror təşkilatının rəhbəri Ayman əz-Zəvahiri müsəlmanları ABŞ-a qarşı müharibəyə səsləyib.
Müsəlmanlara etdiyi 30 dəqiqəlik müraciətində Zəvahiri ABŞ-ı islamın bir nömrəli düşməni adlandırıb. O, ABŞ-ın müsəlmanların düşməni olmasının əsas sübutunun Vaşinqtonun öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi olduğunu bildirib.
Qeyd edək ki, Zəvahiri öz müraciətini 11 sentyabr teraktının 17-ci il dönümü münasibətilə yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31