Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 2013-cü il Reyhanlı terrorunun təşkilatçısı tutuldu
12 Sentyabr 2018 13:10 DünyaTürkiyə kəşfiyyatı Suriya ərazisində xüsusi əməliyyat aparıb.
Əməliyyat nəticəsində 2013-cü ildə Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktının təşkilatçısı, Türkiyə vətəndaşı Yusuf Nazik saxlanılıb.
Y.Nazik Suriyanın Latakiya şəhərində ələ keçərək Türkiyəyə gətirilib.
Yerli KİV-in yazdığına əsasən, o, terror aktını Suriya kəşfiyyatının dəstəyi ilə həyata keçirdiyini etiraf edib.
Xatırladaq ki, 53 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən Reyhanlı terroruna görə məsuliyyəti DHKP-C daşıyır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31