İranda pensiyaçılar ayağa qalxdı
12 Sentyabr 2018 12:44 Dünyaİranda yaşanan ağır iqtisadi durumdan dolayı pensiyaçılar təqaüdlərinin artırılması məqsədilə müxtəlif şəhərlərdə aksiyalar keçirib.
Pensiyaçılar paytaxt Tehranda Büdcə və Planlaşdırma qurumunun binası önünə toplaşaraq yoxsulluq həddindən aşağı dərəcədə təqaüd aldıqlarını bildiriblər.
Onlar təqaüdlərin artırılması ilə yanaşı, sığorta şərtlərinin yaxşılaşdırılmasını da tələb ediblər.
Yəzd və Məşhəd şəhərlərində də bənzər aksiyalar keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31