Fransa qorxur: İdlibdə əməliyyat başlasa...

İdlibdə hərbi əməliyyatların başladılması əcnəbi terrorçuların öz doğma yurdlarına qayıtmaları ilə nəticələnə bilər.

Bu sözləri Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian deyib.

O bildirib ki, İdlib ərazisində belə döyüşçülərin sayı 10-15 min arasında dəyişir və onların Avropa ölkələrinə qayıtması avropalılar üçün təhlükə təşkil edə bilər:

"Terroçu qruplar tərkibində onlarla fransız döyüşür. Rusiya və Suriya qüvvələrinin zərbələri nəticəsində onlar evlərinə qayıdacaq və bizlərə təhlükə yaradacaq".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31