"Bunun məsuliyyətini Qərb daşıyacaq" - Klintseviç

İdlibdə hərbi əməliyyatlar başlayacağı təqdirdə region yenidən böhranlı vəziyyətə qayıdacaq və bunun məsuliyyətini Qərb daşıyacaq.

Bu sözləri rusiyalı parlamentari Frants Klintseviç deyib.

"Rusiyanın qabaqlayıcı tədbirlərinə baxmayaraq İdlibdə provokasiya baş tutarsa, bütün məsuliyyət Qərbin üzərinə düşəcək", - deyə Kilntseviç bildirib.

11 sentyabr hadisələrini xatırladan parlamentari onu da əlavə edib ki, ABŞ bundan heç bir dərs çıxarmayıb və hələ də terrorçularla əməkdaşlıq edir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31