Yunanıstan müdafiə nazirindən baş nazirə 3 təklif

Əgər saziş Yunanıstan parlamentinə daşınarsa, bizə hakimiyyətdə qalmaq üçün xalqın verdiyi bir səlahiyyət yoxdur.

Bu sözləri Yunanıstan Müdafiə naziri Panos Kammenos Makedoniya ilə ad dəyişikliyi ilə bağlı əldə edilən sazişdən danışarkən ölkənin Baş naziri Aleksis Çiprasa müraciətində bildirib.

Kammenos hökumətdə yarana biləcək münaqişəyə mane olmaq üçün əlindən gələni edəcəyini söyləyib:

"Baş nazirə üç təklifim olacaq. Birincisi, Yunanıstan xalqının referendum yolu ilə müqaviləni təsdiqləməsi. İkinci variant, danışıqları dörd il sonra, hakimiyyətin səlahiyyətlərinin bitimindən sonra aparmaq. Üçüncüsü isə seçkiyə getmək".

Qeyd edək ki, Yunanıstan və Makedoniya hökuməti arasında 2-cinin adının dəyişdirilməsi ilə bağlı saziş imzalanıb. Bu sazişlə Makedoniyanın NATO-ya üzv olması üçün heç bir əngəl qalmayacaq.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31