"Bu, ABŞ üçün ən dağıdıcı qasırğa olacaq" - Tramp

ABŞ sahillərinə yaxınlaşan "Florens" qasırğası son onilliklərin ən dağıdıcı təbii fəlakəti olacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, hökumət itkiləri minimuma endirmək üçün təcili qərarlar verəcək:

"Biz əvvəllər görünməyən şəkildə bu qasırğaya hazırlaşmışıq. Pulumuzu boşa xərcləmirik".

Qeyd edək ki, ölkənin bir sıra ştatlarında artıq fövqəladə vəziyyət elan edilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31