Putin: "Skripalı “zəhərləyənləri” tapmışıq"
12 Sentyabr 2018 12:26 DünyaSergey Skripal və qızını zəhərləməkdə ittiham olunan şəxsləri Rusiya hökuməti tapıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadiyyat Forumunda çıxışı zamanı deyib.
"Biz bu şəxslərin kim olduqlarını bilirik. Biz onları tapmışıq. Sizi əmin edirəm ki, onlarla bağlı xüsusi və kriminal heç nə yoxdur. Bu şübhəlilərin özləri KİV-lərə baş verən hadisəylə bağlı öz versiyalarını deyə bilərlər", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Britaniya Skripalları zəhərləyən iki şəxsin fotosunu yayıb. Rəsmi London bu şəxslərin Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31