Sevgililərin kirayəyə götürdükləri evin yataq otağında gizli kamera varmış – FOTO
12 Sentyabr 2018 12:23 DünyaYataq otağında gizli kamera skandalı
Dünyada ən çox istifadə olunan məşhur ev kirayəsi sistemi olan "Airbnb", gizli kamera skandalı ilə gündəmə gəlib.
İngilis cütlük kirayə evdə zəngli saatın içərisinə gizlədilmiş bir kamera tapıblar. Turist cütlük dərhal aidiyyatı qurumlara xəbər verib.
Kanadada Torontoya səyahət edən Dougie Hamilton və sevgilisi, hadisə ilə bağlı polis əməkdaşlarına məlumat verib. Kanada hüquq mühafizə orqanları və şirkət hadisə ilə bağlı istintaqa başlayıb.
Buna bənzər hadisələr daha əvvəl də baş verib. Bundan əvvəl yataq otağı, mətbəxdə gizli kameralar aşkar edilib. Tayvanda iki il əvvəl evin girişində gizli kamera tapılmışdı.
Minval.İnfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
