BMT-dən Türkiyə, İran və Rusiyaya çağırış

İdlibdə çox şey təhlükədədir, qana bulaşmış Suriyada genişmiqyaslı bir müharibədən qaçmaq mümkün olmasa, humanitar fəlakət yaşanacaq.

Bu açıqlama ilə BMT Baş katibi Antonio Quterreş çıxış edib. Daha öncə İdlibdən 1,5 milyon insanın qaçdığını deyən Quterreş bu şəhərdə insanların həyatının alt-üst olduğunu və gedəcək yerlərinin olmadığını söyləyib.

"İdlibdə mövcud vəziyyət davamlı olmayacaq və terrorçuların varlığına son qoyulacaq. Ancaq terrorla mübarizə apararkən beynəlxalq öhdəliklər də unudulmamalıdır. Rusiya, Türkiyə və İran müharibənin qarşısını almaq və vətəndaşları qorumaq üçün heç bir imkanı boşa verməməlidir", - Quterreş qeyd edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31