Ərəb Liqası ABŞ-ın Fələstinlə bağlı planını açıqladı

Fələstin əvvəllər görünməyən dərəcədə ABŞ-ın siyasi, tarixi və humanitar hücumları ilə qarşı-qarşıyadır.

Bunu Ərəb Dövlətləri Liqasının rəhbəri Əhməd Əbu Qayt deyib.

"Fələstinliləri yalnız buraxmaq istəyənlər uğur qazana bilməyəcək. ABŞ-ın hədəfi fələstinli miqrantların evə dönüş haqlarını əllərindən almaqdır. ABŞ səfirliyinin Qüdsə köçürülməsi, BMT-nin Qaçqınlarla iş üzrə Komitəsinə maliyyə yardımlarının dayandırılması, FAT-ın Vaşinqtondakı ofisinin bağlanılması dediklərimə sübutdur. Ərəb dövlətlərinin miqrantlarla bağlı mövqeyi birmənalıdır", - deyə Qayt bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31