İŞİD Tripolidə neft şirkətinin qərargahına edilən hücuma görə məsuliyyəti üzərinə götürdü
12 Sentyabr 2018 11:27 DünyaİŞİD terror qruplaşması Liviyanın paytaxtı Tripoli şəhərində Milli Neft Koporasiyasının qərargahına edilən hücuma görə üzərinə məsuliyyəti götürüb.
Bu barədə terrorçuların internetdə yerləşdirdiyi bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, hücumda mühafizəyə atəş açan, binanı yandıran və orada olan əlakı məhv edən 3 nəfər iştirak edib. Terrorçular həmçinin bildirib ki, bu hücum "səliblərə loyal iqtisadi maraqlara qarşı hücumların davamı" olub.
Bazar ertəsi günü bir qrup silahlı şəxs Liviyanın paytaxtı Tripolinin mərkəzində MNK-nın baş ofisinə hücum edib. Hücumdan sonra binada yanğın başlayıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31