Türkiyənin kurort zonasında güclü zəlzələ olub

Türkiyənin kurort zonasında güclü zəlzələ baş verib.

Antalyanın Qumluca rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Yerli vaxtla saat 09:21-də baş verən zəlzələnin dərinliyi 40 km olub.

İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.

Xatırladaq ki, ötən gün də Antalyada 4,8 bal gücündə zəlzələ olub.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31