Qazaxıstan milli valyutası dollara nisbətdə ucuzlaşmaqda davam edir
14 Avqust 2018 11:30 DünyaQazaxıstan milli valyutası Amerika dollarına nisbətdə ucuzlaşmaqda davam edir.
Avqustun 14-də ölkənin əksər mübadilə məntəqələrində 1 dollar 367 tengeyə satılır. Bəzi məntəqələrdə isə dollar 368-369 tengeyə təklif olunur.
Avqustun 13-də Qazaxıstan Fond Birjasının səhər və gündüz sessiyalarının yekununda ABŞ dollarının orta ölçülmüş məzənnəsi 1 dollar üçün 363,22 tenge təşkil edib.
Milli Bankın avqustun 14-ü üçün məzənnəsi 1 ABŞ dolları üçün 363,2 tengedir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31