Ermənistanda sabitliyin təmin olunması yaxın vaxtda mümkün görünmür
4 May 2018 12:41 Dünyaİşğalçı Ermənistanda yaşanan proseslər, daxili siyasi gərginliyin getdikcə artması İrəvanın yaxın və uzaq qonşuları tərəfindən də diqqətlə izlənilir. İndi həm Rusiya, həm Qərb, eləcə də həm Türkiyə və Azərbaycanda Ermənistanda cərəyan edən hadisələr dərindən təhlil edilir, bundan sonrakı proseslərin hansı məcrada inkişaf edəcəyi proqnozlaşdırılır.
Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay deyir ki, Ermənistanda son günlərdə meydana gələn baş gicəlləndirici hadisələr əslində gözlənilirdi. Çünki Ermənistan bölgədə Stalin dövründən qalma gərginlik siyasəti içərisində idi. Hasan Oktayın sözlərinə görə, bu fantastikanın üzərinə sağlam bir gələcək inşa etmək, xalqına xoşbəxtlik rifah və ədalət təqdim etmək qısa və orta vəddə mümkün deyildi: "2 aprel, 2017-ci il tarixdə Ermənistan xalqı yeni parlamentini seçmək üçün sandıq başına getdi. Prezidentlikdən parlament sistemə keçid üçün edilən bu ilk seçkidə Serj Sərkisyan liderliyindəki Ermənistan Respublikaçı Partiyası səslərin 49 faizini qazandı Cənubi Qafqazın nisbətən ikinci demokratik ölkəsi kimi təqdim edilən Ermənistanda Serj Sarkisyanın İqtidarda qala bilmək üçün reallaşdırmış olduğu bu oyun çox ciddi reaksiyalara səbəb oldu. Kövrək bir iqtisadiyyat, ölkədə hökm sürən işsizlik, hər keçən gün ağırlaşan sosial durum Ermənistanı yaşanmaz hala gətirirdi. Sonrakı mərhələdə Serj Sərkisyan 77 lehinə, 17 əleyhinə olmaqla ölkənin yeni baş naziri elan edildi. Nəticə etibarilə Sərkisyanın hakimiyyəti zəbt etmək planı etirazla qarşılandı və sabiq prezidenti Levon Ter Petrosyana yaxınlığı ilə bilinən millət vəkili Nikol Paşinyan, ölkədə chr("39")məxmər inqilab chr("39")komitəsi yaratdı".
Hasan Oktray bildirib ki, inqilabi hərəkatı idarə edən və istiqamətləndirən Paşinyan diqqətləri üzərinə çəkən bir şəxsiyyət olaraq geyimi və danışması ilə kütləyə çox rahat təsir edir və küçələrdəki vətəndaş itaətsizlik hərəkətlərinə xüsusilə gəncləri sürətlə çəkə bildi. Beləliklə, ikinci, üçüncü nəsil gənclər ideoloji forrmatı son dərəcə yüksək sanki nifrət ifadəsi ilə ayaqda dayanmağa çalışan Sərkisyana qarşı üsyana qalxdı. İşsizlik, gələcəkdən ümidini üzmüş bu gənc nəsil hər şeyə baxmayaraq yaxşı təhsil alib və ən az iki xarici dil bilir. Onların hazırda işsiz durumda olmaları gəncləri hakimiyyətə qarşı səfərbər edə bildi". KAFKASSAM rəhbəri qeyd edib ki, Paşinyan Serj Sərkisyanın istefasına nail olsa da, lakin bu günə qədər Ermənistanın gələcəyi, istərsə də hər hansı bir aktivist üçün heç bir siyasi və iqtisadi plan təklif etməyib: "Elə bundan diolayıdır ki, inqilaba qatılanlar da özlərini "Paşinyan tərəfdarları deyil, anti-Sərkisyançılar" kimi təqdim edirlər". Hasan Oktay hesab edir ki, Ukrayna böhranından sonra Ermənistanda belə bir hərəkatın baş verməsi mümkün idi: "Məncə o zamandan Ermənistanda bu aksiyanın ilk qığılcımları yandırılmışdı. Bu hərəkatın iki əsas səbəb ola bilər. Birincisi, Ermənistanın sosial-iqtisadi vəziyyətdir. İkincisi isə, Birləşmiş Ştatlar və Rusiya arasında artan gərginlik. Son on ildə, xüsusilə də Ermənistanda hakimiyyətə qarşı nümayişlər iqtisadi səbəblərdən tez-tez baş verib. Sonda rus ictimaiyyəti tərəfindən amerikalılar olduğu iddia edilən bu küçə hərakatləri nəticəsində baş nazir Serj Sərkisyan gözlənilmədən istefa etdi və xalq hərəkatı qismən qələbə qazanmış oldu. Ermənistanda baş verən hadisələrə Rusiyanın münasibəti maraqlıdır. Görünən odur ki, Ukraynada çox səhvə yol verən Rusiya Ermənistan məsələsində daha çox sükut edir. Ukraynadakı Rusiyaya qarşı müvəffəqiyyət əldə edə bilməyən Qərb tərəfi indi Rusiyanı hədəf alan bir cəbhənin açılması məsələsini gündəmə gətirir. Xalq hərakatları öz məqsədlərinə yaxınlaşdıqca, həyəcan artır, həyəcan isə təxribatda daha aydın görünür. Hədəf Sərkisyanın istefası olsa da, kütlələrin məqsədə çatmasından sonra da insanların səsləri küçələrdə eşidilir". Mərkəz rəhbəri onu da deyib ki, bundan sonrakı proseslərdə Ukraynada olduğu kimi Ermənistanda böyük bir qarışıqlıq gözləmək olar: "Ermənistanda daxili siyasətdə xarici siyasət tənlikinin balansı olsa da, Qarabağ ən vacib problemdir. İndi daxili balansdakı korrupsiyanın qeyri-sabitliyə gəldiyi zaman xarici siyasət arxa plana keçəcək və buna görə də Qarabağ gündəmə gələcək. Bu ərəfədə Azərbaycan da Ermənistanda yaşanan hadisələri çox diqqətlə izləyir. Yaxın gələcəkdə erməni böhranından yaralanan Azərbaycan Ermənistandakı xaosdan istifadə etməklə Qarabağda itimiş torpaqları bərpa etmək üçün hərbi kampaniyaya başlaya bilər. Ermənistanda bu cür hərəkətlərin arxasında Birləşmiş Ştatların durduğu kimi ehtimallar. Əgər Rusiyadan Ermənistanı qoparmaq üçün Amerika planı işləyirsə, o zaman Azərbaycan da işğal olunmuş ərazilərə geri qaytarmaq imkanı əldə edə bilər. Çünki Ermənistanda baş verən qarışıqlıq bir neçə aydır davam edir. Azərbaycan günümüzdə çox diqqətli olmalı və beynəlxalq sistemə uyğun olub-olmadığını görmək üçün lazım olan hər addımı nəzərdən keçirməlidir".
Hasan Oktay onu da deyib ki, Rusiya Ermənistanda Sərkisyanı qurban verməklə bir mövqe tutdu: "İndi də Ermənistandakı bir çox qüvvələrini Moskvaya çağırıb müəyyən təlimatlıar verir. Bütün bunlardan dolayı o nəticəyə gəlmək mümkündür ki, Ermənistana demokratiya, siyasi sabitlik və rifahın gəlişi qısa vaxtda mümkün görünmür". Hasan Oktay onu da vurğulayıb ki, əgər Nikol Paşinyan Ermənistanın taleyini dəyişdirmək istəyirsə, o zaman Türkiyə və Azərbaycana qarşı olan yanaşmasını dərhal dəyişdirməlidir: "Düşünürəm ki, Ermənistanın dəyişdirilməsi və normallaşdırılması lazımdır".
Süleyman