Sarkisyanın Dağlıq Qarabağın statusu ilə əlaqəli mövqeyində kardinal dəyişiklik baş verib
2 Mart 2018 10:55 DünyaErmənistan prezidenti Sarkisyan Dağlıq Qarabağ ermənilərinin öz torpaqlarında azad yaşamasını Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin son məqsədi elan etdi. S.Sarkisyan ermənilərin Dağlıq Qarabağda azad yaşamaq hüququ ilə bağlı fikirlərini Münhendə ortalığa qoysa da bu fikri tam olaraq Livan prezidenti M. Aunla görüşdə inkişaf etdirdi. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib.O qeyd edib ki bundan bir neçə gün öncəyədək S.Sarkisyan üçün Dağlıq Qarabağ tənzimlənməsində ən əsas məsələ Dağlıq Qarabağ xalqının öz müqəddəratını azad şəkildə müəyyən etməsi idi. "Dağlıq Qarabağda ermənilərin azad yaşaması" ifadəsi "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetməsi" ifadəsindən kəskin fərqlənir.
S.Sarkisyan başa düşür ki, Dağlıq Qarabağ tənzimlənməsini yubatmaq, Ermənistan dövlətçiliyini zəiflədib. Bu həm də Sərkisyanın beynəlxalq ictimaiyyətə ümidsizliyinin göstəricisidir. Haqlı olaraq S.Sarkisyan başa düşüb ki, Ermənistanın Azərbaycan torpaqlarının 30 il işğal altında saxlamasına reaksiya verməyən beynəlxalq ictimaiyyət Ermənistanın belə taleyinə dözəcək.
S.Sarkisyan həm də inanır ki, yaxın illərdə Ermənistanda ondan güclü siyasətçi olmayacaq. Çünki ölkəsinin daxili siyasi həyatının müəllifi özüdür. Dağlıq Qarabağ tənzimlənməsində mümkün qədər çox əldə edə biləcək yeganə siyasətçi də məhz S.Sarkisyanın özünü hesab edir. Bunları nəzərə alaraq mövqeyini mümkün qədər Dağlıq Qarabağ tənzimlənməsindəki reallığa yaxınlaşdırır.
Azərbaycan Respublikası multikultural dəyərlərin hökmran olduğu çoxmillətli və çoxdinli dövlətdir. Azərbaycanlılarla birlikdə ermənilərin Dağlıq Qarabağda azad, təhlükəsiz yaşamasına və inkişafına Azərbaycan Konstitutsiyası tam zəmanət verir.
Təbii ki, S.Sərkisyanın dedikləri hələ ki, ciddi və ya geridönməz hal kimi qəbul edilməməlidir. Çünki fikrini tez-tez dəyişir. İndiki halda bəlkə də mövqeyini dəyişdirməyə vaxt çatdırmadı.