Türkiyəni yasa qərd edən 8 şəhidin FOTOLARI
2 Mart 2018 10:32 DünyaXəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında 8 əsgəri şəhid olub, 13-ü isə yaralanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhid olan əsgərlərdən 5-nin kimliyi müəyyənləşib. Onlar Türkiyə Jandarma Qüvvələrinin üzvləridir.
Şəhid olan hərbçilər - Uğur Palancı, Arif Dəmirəl, Abdullah Taha Koç, Rəcəb Çətin və Rıdvan Çevikdir.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31