Ağ Ev son nəsil qırıcısından narazılıq edir - Bahadır
2 Mart 2018 10:14 DünyaF-35 təyyarələrinin dəyəri həddən artıq yüksəkdir və gələcəkdə ona çəkiləcək xərclər ABŞ hərbi büdcəsi üçün qaldırılması mümkün olmayan yük ola bilər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın vitse-admiralı Met Uinter söyləyib. Onun sözlərinə görə, F-35-lərin xərci 400 milyard dollara çatır:
"İş davam edir, lakin təyyarənin yüksək qiyməti bizdə narahatlıq yaradır. Qiymət aşağı düşür, amma bu ucuzlaşma sürətlə baş vermir. Əgər qiymətlərin ucuzlaşması dinamikası bu cür davam etsə və nəzərdə tutulduğu kimi təyyarələrin sayı 2021-ci ilə qədər 280-dən 800-ə qədər artırılsa, o zaman onun xərcləri bizim hərbi büdcə üçün yük olacaq".
Qeyd edək ki, F-35 beşinci nəsil təyyarələrdir. Bu təyyarələr bundan öncə dəfələrlə ABŞ hökuməti tərəfindən tənqidlərə məruz qalıb.