Ərdoğan haqqında film çəkilməsinə icazə vermədi
1 Mart 2018 11:53 DünyaPrezident Rəcəb Tayyib Ərdoğan həyatı haqqında çəkilməsi planlaşdırılan "Dədə Sultan" filminə razılıq verməyib. Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, prezident bu filmin çəkilməsini düzgün hesab etməyib. Ərdoğanın vəkili Hüseyn Aydın layihəni hazırlayan "İstanbul Baran Medya" şirkətinə "etiraznamə" göndərib:"Cənab prezidentin həyatı və xatirələrindən bəhs etməyi planlaşdırdığınız "Dədə Sultan" adlı filmin çəkilməsinin və nümayişinin müvafiq olmadığının qənaətindəyik. Film çəkilsə, qanuni yollara baş vuracağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31